Azərbaycanda indiyə qədər koronavirusa görə aparılan testlərin sayı məlum olub.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, son sutkada koronavirusla bağlı 5 600 test aparılıb, bununla da testdən keçənlərin sayı 368 254 nəfərə çatıb.