Azərbaycanda son sutkada koronavirusa 420 nəfər yoluxub, 5 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirusa 420 nəfər yoluxub, 5 nəfər ölüb Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb.
Sağlamlıq
13 Avqust , 2022 18:14
Azərbaycanda son sutkada koronavirusa 420 nəfər yoluxub, 5 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirusa 420 yeni yoluxma qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 804 585 nəfər koronavirusa yoluxub. Onlardan 791 656 nəfər müalicə olunaraq sağalıb, 9773 nəfər ölüb, hazırda aktiv xəstə sayı 3 156 nəfərdir.

Azərbaycanda son sutkada 3 303, hazırkı dövrədək isə 7 091 597 test aparılıb.

Son xəbərlər

Orphus sistemi