Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sağlamlıq
13 Avqust , 2020 17:30
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb
0 : 00
0 : 00

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 915 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 269 nəfər müalicə olunaraq sağalıb, 500 nəfər vəfat edib, 2 146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 520, bu günə qədər isə ümumilikdə 812 033 test icra olunub

Son xəbərlər

Orphus sistemi