Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Hazırkı dövrədək ölkəmizdə 3 387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 055 nəfər müalicə olunaraq sağalıb, 40 nəfər vəfat edib.