Azərbaycanda koronavirusa daha 323 nəfər yoluxub, 5 nəfər ölüb

Azərbaycanda koronavirusa daha 323 nəfər yoluxub, 5 nəfər ölüb Azərbaycanda 323 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sağlamlıq
8 iyun 2020 14:47
Azərbaycanda koronavirusa daha 323 nəfər yoluxub, 5 nəfər ölüb

Azərbaycanda 323 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

Bu barədə "Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 7 876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 377 nəfər müalicə olunaraq sağalıb, 93 nəfər vəfat edib, 3 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343 391 test aparılıb.

Son xəbərlər

Orphus sistemi