Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb Azərbaycanda son sutkada koronavirusa 332 yeni yoluxma faktı qeydə alınıb, 8 97 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
20 Yanvar , 2021 16:30
Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirusa 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 12 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib. Hazırda 7 367 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 991, bu günə qədər isə ümumilikdə 2 336 498 test icra olunub.

Son xəbərlər

Orphus sistemi