Azərbaycanda indiyədək koronavirusdan sağalanların sayı 1 886 nəfərə çatdı

Azərbaycanda indiyədək koronavirusdan sağalanların sayı 1 886 nəfərə çatdı Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.
Sağlamlıq
15 May , 2020 17:04
Azərbaycanda indiyədək koronavirusdan sağalanların sayı 1 886 nəfərə çatdı
0 : 00
0 : 00

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 2 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 886 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib, 1 058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 37 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Son xəbərlər

Orphus sistemi