Azərbaycanda İİV-ə yeni yoluxma faktlarının sayı açıqlanıb

Azərbaycanda İİV-ə yeni yoluxma faktlarının sayı açıqlanıb QİÇS-lə Mübarizə Mərkəzində 5 376 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır
Sağlamlıq
13 Fevral , 2017 15:06
Azərbaycanda İİV-ə yeni yoluxma faktlarının sayı açıqlanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Ötən ilin iyun ayının sonuna dünyada İİV-lə yaşayan insanların sayı 36,7 mln. nəfər təşkil edib. Onlardan da 2,1 mln. nəfəri son bir ildə yoluxanlardır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, İİV-lə yaşayan insanların 34,9 mln.-u yaşlılar, 1,8 mln.-u 15 yaşından kiçik olan şəxslərdir. Son bir il ərzində dünyada QİÇS-dən ölənlərin sayı 1,1 mln. nəfər olub, onların da 110 mini uşaqlardır.

Ötən il üçün Azərbaycanda İİV-ə yeni yoluxma faktı 556 nəfərdə təsdiqlənib. Onlardan 97,3%-i Azərbaycan vətəndaşı, 2,7%-i isə əcnəbidir. Qeydiyyata alınmış 541 Azərbaycan vətəndaşından 64,0%-i kişi, 36,0%-i qadındır.

Ümumilikdə 2016-cı ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5 376 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 72,3%-i kişi, 27,7%-i qadındır. QİÇS mərhələsində olanlar 1 312 nəfər təşkil edir.

Respublika QİÇS-lə mübarizə mərkəzi tərəfindən qeydiyyata götürülən vətəndaşların 48,7%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi, 40,4%-da heteroseksual, 1,9%-da homoseksual əlaqə, 1,8%-da anadan uşağa keçməklə qeydə alınıb, 7,3%-də isə yoluxma yolu müəyyən edilməyib.

2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 2 538 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 640 nəfərə müalicə 2016-cı il ərzində başlanılıb. Ölkədə İİV-in anadan uşağa ötürülməsinin qarşısını almaq üçün 241 hamilə ART-yə qoşulub.

Ailə məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 2016-cı il ərzində 145 388 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 105 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib. Onlardan 44 nəfəri yeni aşkar olunan şəxslərdir.

Son xəbərlər

Orphus sistemi