Azərbaycanda gələn il pensiyaçıların sayı artacaq

Azərbaycanda gələn il pensiyaçıların sayı artacaq 2023-cü ilin əvvəlində Azərbaycanda pensiyaçıların sayının 1118,1 min nəfər, ilin sonuna isə 1127,3 min nəfər olacağı proqnozlaşdırılır.
Sağlamlıq
1 Noyabr , 2022 13:26
Azərbaycanda gələn il pensiyaçıların sayı artacaq

2023-cü ilin əvvəlində Azərbaycanda pensiyaçıların sayının 1118,1 min nəfər, ilin sonunda isə 1127,3 min nəfər olacağı proqnozlaşdırılır.

"Report"un xəbərinə görə, bu, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.

Bildirilib ki, növbəti ilin əvvəli ilə müqayisədə sonunda pensiyaçıların sayında müsbət dinamikanın olacağı proqnozlaşdırılır ki, bu da həm kişilər üzrə yaşa görə pensiyanın təyin edilməsi üçün müəyyən edilmiş yaş həddinin sabitləşməsi, müraciət hüququ qazanan şəxslərin sayının artması nəticəsində yeni təyin edilmiş işlərin sayının uçotdan çıxarılmış işlərin sayında çox olması ilə əlaqədardır.

Son xəbərlər

Orphus sistemi