Azərbaycanda gələcəkdə ürək və ağciyər köçürülməsi əməliyyatları icra olunacaq

Azərbaycanda gələcəkdə ürək və ağciyər köçürülməsi əməliyyatları icra olunacaq “Hazırda Azərbaycanda böyrək, qaraciyər, sümük iliyi, gözün buynuz qişasının köçürülməsi əməliyyatı icra olunur. Gələcəkdə bu siyahıya ürək, ağciyər və digər həyati vacib orqanların əlavə edilməsi nəzərdə tutulur”.
Sağlamlıq
29 Mart , 2023 15:26
Azərbaycanda gələcəkdə ürək və ağciyər köçürülməsi əməliyyatları icra olunacaq

“Hazırda Azərbaycanda böyrək, qaraciyər, sümük iliyi, gözün buynuz qişasının köçürülməsi əməliyyatı icra olunur. Gələcəkdə bu siyahıya ürək, ağciyər və digər həyati vacib orqanların əlavə edilməsi nəzərdə tutulur”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

O bildirib ki, qohum olmayan şəxslərin donorluğuna nəzarət üçün Səhiyyə Nazirliyi nəzdində Etika Komissiyası fəaliyyət göstərəcək:

“Komissiya donor olmaq istəyən şəxsin heç bir basqıya məruz qalmadan könüllü olaraq orqanını verməsini araşdırıb, sui istifadə və orqan alveri hallarının qarşısının alınması istiqamətində fəaliyyət göstərəcək”.

Mərkəz sədri əlavə edib ki, donor ola bilməyən şəxslərin xəstəliklərinin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunub:

“Orqan köçürülməsi yalnız reanimasiya şəraitində beyin ölümü keçirən şəxslərdən razılıq əsasında həyata keçirilir. Ona görə də tövsiyə edirəm ki, beyin ölümü keçirən yaxın qohumu olanlar könüllü şəkildə bizə müraciət etsinlər. Çünki növbədə gözləyən xeyli xəstə insanlar var”.

Son xəbərlər

Orphus sistemi