Azərbaycanda əhalinin orta yaş dövrünün artması Altsheymer xəstəliyinin artma tezliyini yüksəldib

Azərbaycanda əhalinin orta yaş dövrünün artması Altsheymer xəstəliyinin artma tezliyini yüksəldib Şöbə müdiri: "Xəstəliyin tam müalicəsi yoxdur"
Sağlamlıq
20 Sentyabr , 2017 11:38
Azərbaycanda əhalinin orta yaş dövrünün artması Altsheymer xəstəliyinin artma tezliyini yüksəldib
Report/ Orkhan Azim

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Bu gün Azərbaycanda əhalinin orta yaş dövrünün artması ilə əlaqədar Altsheymerin xəstəliyinin artma tezliyi yüksəlib".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Psixi Sağlamlıq Mərkəzinin Müalicə və poliklinika şöbəsinin müdiri Səbinə Rəşidova deyib.

Onun sözlərinə görə, Altheymer xəstəliyi beynin neyro-degenerativ xəstəliyidir: "Bu adətən yaşlı insanlarda, yəni 60-70 yaşlarda müşahidə olunur. 60-70 yaşda olan insanların 1,6 %-i, 70-80 yaş arasında 20 %-i, 80 yaşdan yuxarı insanların isə 40 %-də bu xəstəliyə rast gəlinir".

Xəstəliyin əqli geriliklə müşahidə olunduğunu deyən S.Rəşidova qeyd edib ki, yaddaş zəifləyir, qavrama və təfəkkür prosesləri ləngiyir: "Bu, sonrakı müddətdə intellektin azalmasına səbəb olur. İlk mərhələdə bu proseslər elə də hiss olunmur. Xəstəlik ilkin mərhələdə aşkar olunarsa, onun ağırlaşmasının qarşını almaq vaxtını uzatmaq mümkündür. Lakin tam müalicəsi yoxdur".

Şöbə müdiri əlavə edib ki, xəstəlik təzə başlayanda intihar halları olmur: "Sonrakı ağırlaşma formasında insanlar özlərindən asılı olmadan xəta törədə bilərlər. Bu xəstəlikdə cins fərqi yoxdur. Xəstəliyin yaranmasında genetika da rol oynayır. Eyni zamanda, oturaq həyat tərzi, stress, depressiya, düzgün qidalanmamaq, şəkərli diabet, hipertoniya kimi xəstəliklər Altsheymerin erkən yaranmasına səbəb olur". 

Son xəbərlər

Orphus sistemi