"Dializ xəstələrinin qidalanması ilə bağlı təlimat hazırlanıb".
“Report” xəbər verir ki, bunu TƏBİB-in Qida təminatı və nəzarəti şöbəsinin baş mütəxəssisi Şumarə Qaracayeva deyib.
O bildirib ki, yaxın vaxtlarda həmin təlimatlar dializ xəstələrinə və onların ailələrinə paylanılacaq: “İnsanlar çox vaxt dializdən sonra necə qidalanmaq lazım olduğunu bilmirlər”.