Azərbaycanda daha bir xəstəxanada böyrək köçürülməsinə başlanılacaq

Azərbaycanda daha bir xəstəxanada böyrək köçürülməsinə başlanılacaq Respublika Müalicəvi Diaqnostika Mərkəzində böyrək transplantasiyası üçün şərait yaradılıb
Sağlamlıq
189
6 Aprel , 2017 10:47
Azərbaycanda daha bir xəstəxanada böyrək köçürülməsinə başlanılacaq

Bakı. 6 aprel. REPORT.AZ/ Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Böyrək xəstəlikləri və Transplantasiya Mərkəzində təqdimat keçirilib.  

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Böyrək xəstəlikləri və Transplantasiya Mərkəzinin rəhbəri Rəşad Şolan və həkim-nefroloq Orxan Quliyev çıxış edərək son üç ildə böyrək xəstəliklərinin müayinə və müalicəsinin aparılmasında əldə edilən nailiyyətlərdən danışıblar. 

Onlar yaxın zamanlarda RMDM-də böyrək transplantasiyasının həyata keçirilməsinə başlanılacağını, bununla da əhalinin sağlamlığı naminə bu sahədə daha böyük uğurlara nail olunacağını qeyd ediblər.

Bildirilib ki, daima inkişafda olan və müasir tibbi yenilikləri tətbiq edən RMDM-də məhz böyrək transplantasiyası üçün də lazımi şərait yaradılıb. Bunun üçün həkim-mütəxəssislərdən ibarət komandanın da yaradıldığı vurğulanıb.

Son xəbərlər

Orphus sistemi