Azərbaycanda daha bir həkim koronavirusdan sağaldı

Azərbaycanda daha bir həkim koronavirusdan sağaldı Mərkəzi Gömrük Hospitalında COVID-19-danmüalicə alan Bakı şəhəri 26 saylı şəhər xəstəxanasının terapevti Gülnar Ağayeva ötən gün sağalaraq evə yazılıb.
Sağlamlıq
1859
25 Avqust , 2020 10:10
Azərbaycanda daha bir həkim koronavirusdan sağaldı

Mərkəzi Gömrük Hospitalında COVID-19-dan müalicə alan Bakı şəhəri 26 saylı şəhər xəstəxanasının terapevti Gülnar Ağayeva ötən gün sağalaraq evə yazılıb.

Bu barədə "Report"a hospitaldan məlumat verilib.

Məlumat üçün bildirək ki, G.Ağayeva ön cəbhədə virusa xəstələri müalicə etdiyi zaman yoluxub. Digər tibb müəssisəsində müalicə almasına baxmayaraq Gülnar həkimin səhhəti yaxşılaşmağa doğru getmirdi. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəhbərliyi ilə əldə olunan razılığa əsasən avqustun 12-də Gülnar Ağayeva Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsində yerləşdirildi. Daxil olarkən onun vəziyyəti kritik ağır idi, saturasiyası aşağı, hərarəti yüksək və nəfəs almaqda çətinlik çəkirdi.

Hospitalın reanimatioloqlarının, infeksionist həkimlərinin və orta tibb personalının gərgin əməyi sayəsində Gülnar Ağayeva sağalaraq doğmalarının yanına qayıtdı.

Son xəbərlər

Orphus sistemi