Azərbaycanda daha 946 nəfərdə COVID-19 aşkarlanıb

Azərbaycanda daha 946 nəfərdə COVID-19 aşkarlanıb Azərbaycanda bu gün koronavirus infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb
Sağlamlıq
9434
25 Oktyabr , 2020 16:41
Azərbaycanda daha 946 nəfərdə COVID-19 aşkarlanıb

Azərbaycanda bu gün koronavirus infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 49 min 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41 min 279 nəfər müalicə olunaraq sağalıb, 671 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 009 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 291 min 534 test aparılıb. Bugünkü test sayı isə 10 037-dir.

Son xəbərlər

Orphus sistemi