Azərbaycanda daha 603 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

Azərbaycanda daha 603 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb Azərbaycanda koronavirus infeksiyasına 603 yeni yoluxma faktı qeydə alınıb
Sağlamlıq
878
14 Mart , 2021 15:55
Azərbaycanda daha 603 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 234 nəfər müalicə olunaraq sağalıb, 603 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 240 295 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 230 960 nəfər müalicə olunaraq sağalıb, 3 282 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 053 nəfərdir.

Ötən müddət ərzində 2 710 126 test aparılıb. Bugünkü test sayı isə 8 945-dir.

Son xəbərlər

Orphus sistemi