Azərbaycanda daha 537 nəfər yoluxub, 7 nəfər ölüb

Azərbaycanda daha 537 nəfər yoluxub, 7 nəfər ölüb Azərbaycanda 537 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sağlamlıq
5166
7 İyul , 2020 18:55
Azərbaycanda daha 537 nəfər yoluxub, 7 nəfər ölüb

Azərbaycanda 537 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 21 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib, 8 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7 102 koronavirus testi aparılıb.