Azərbaycanda daha 406 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib

Azərbaycanda daha 406 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 406 yeni yoluxma faktı qeydə alınıb, 769 nəfər müalicə olunaraq sağalıb
Sağlamlıq
21 May , 2021 17:03
Azərbaycanda daha 406 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 406 yeni yoluxma faktı qeydə alınıb, 769 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 331 883 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 319 271 nəfər müalicə olunaraq sağalıb, 4 839 nəfər vəfat edib. 7 773 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 009, bu günə qədər isə ümumilikdə 3 435 192 test icra olunub.

Son xəbərlər

Orphus sistemi