Azərbaycanda daha 347 nəfər koronavirusa yoluxub, 531 nəfər sağalıb

Azərbaycanda daha 347 nəfər koronavirusa yoluxub, 531 nəfər sağalıb Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına347yeni yoluxma faktı qeydə alınıb,531nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sağlamlıq
5448
23 İyul , 2020 16:33
Azərbaycanda daha 347 nəfər koronavirusa yoluxub, 531 nəfər sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 347 yeni yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 28 min 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 20 min 974 nəfər müalicə olunaraq sağalıb, 391 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 615 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 829, ötən müddət ərzində isə 658 782 test aparılıb.

Orphus sistemi