Azərbaycanda daha 329 nəfər koronavirusa yoluxub, 7 nəfər vəfat edib

Azərbaycanda daha 329 nəfər koronavirusa yoluxub, 7 nəfər vəfat edib Azərbaycanda 329 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sağlamlıq
17 İyun , 2020 20:39
Azərbaycanda daha 329 nəfər koronavirusa yoluxub, 7 nəfər vəfat edib

Azərbaycanda 329 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 10 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 075 nəfər müalicə olunaraq sağalıb, 133 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 783 nəfərdir.

Bu gün 5 700 koronavirus testi aparılıb. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 397 min 399 test aparılıb.

Son xəbərlər

Orphus sistemi