Azərbaycanda daha 3 614 nəfər koronavirusa yoluxub

Azərbaycanda daha 3 614 nəfər koronavirusa yoluxub Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 614 yeni yoluxma faktı qeydə alınıb, 1 114 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
19 Avqust , 2021 17:32
Azərbaycanda daha 3 614 nəfər koronavirusa yoluxub
0 : 00
0 : 00

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 614 yeni yoluxma faktı qeydə alınıb, 1 114 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 380 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 342 256 nəfər müalicə olunaraq sağalıb, 5 231 nəfər vəfat edib. 33 431 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 786, bu günə qədər isə ümumilikdə 4 268 668 test icra olunub.

Son xəbərlər

Orphus sistemi