Azərbaycanda daha 27 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 27 nəfər COVID-19-a yoluxub Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
722
16 İyun , 2021 17:36
Azərbaycanda daha 27 nəfər COVID-19-a yoluxub
0 : 00
0 : 00

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 291 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 038 nəfər müalicə olunaraq sağalıb, 4 959 nəfər vəfat edib, aktiv xəstə sayı 1294 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 023, ötən müddət ərzində isə ümumilikdə 3 644 912 test aparılıb.

Son xəbərlər

Orphus sistemi