Azərbaycanda COVID-19-dan sağalanların sayı yoluxmanı ötüb

Azərbaycanda COVID-19-dan sağalanların sayı yoluxmanı ötüb Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2447 yeni yoluxma faktı qeydə alınıb, 3428 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
7 Sentyabr , 2021 19:30
Azərbaycanda COVID-19-dan sağalanların sayı yoluxmanı ötüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 447 yeni yoluxma faktı qeydə alınıb, 3 428 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 447 725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 389 977 nəfər müalicə olunaraq sağalıb, 5 920 nəfər vəfat edib, aktiv xəstə sayı 51 828 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 530, bu günə qədər isə ümumilikdə 4 578 600 test aparılıb.

Son xəbərlər

Orphus sistemi