Azərbaycanda daha 155 nəfərdə koronavirus aşkarlanıb

Azərbaycanda daha 155 nəfərdə koronavirus aşkarlanıb Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib
Sağlamlıq
898
13 Fevral , 2021 15:39
Azərbaycanda daha 155 nəfərdə koronavirus aşkarlanıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 169 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 995 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 514 nəfər müalicə olunaraq sağalıb, 3 178 nəfər vəfat edib. Hazırda 2 303 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 715, bu günə qədər isə ümumilikdə 2 495 198 test icra olunub.

Son xəbərlər

Orphus sistemi