Azərbaycanda daha 1 151 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb

Azərbaycanda daha 1 151 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb 29 nəfər vəfat edib
Sağlamlıq
12 Aprel , 2021 16:35
Azərbaycanda daha 1 151 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb
0 : 00
0 : 00

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 151 yeni yoluxma faktı qeydə alınıb, 1 052 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 287 144 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 251 760 nəfər müalicə olunaraq sağalıb, 3 944 nəfər vəfat edib. 31 440 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 687, bu günə qədər isə ümumilikdə 3 026 132 test icra olunub.

Son xəbərlər

Orphus sistemi