Azərbaycanda daha 1 795 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb

Azərbaycanda daha 1 795 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 795 yeni yoluxma faktı qeydə alınıb, 1 967 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
462
1 Dekabr , 2021 18:36
Azərbaycanda daha 1 795 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb
0 : 00
0 : 00

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 795 yeni yoluxma faktı qeydə alınıb, 1 967 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 590 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 556 716 nəfər müalicə olunaraq sağalıb, 7 884 nəfər vəfat edib. 25 513 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 565, bu günə qədər isə ümumilikdə 5 551 849 test icra olunub.

Son xəbərlər

Orphus sistemi