Azərbaycanda bu günə kimi 2 milyona yaxın vaksin vurulub

Azərbaycanda bu günə kimi 2 milyona yaxın vaksin vurulub Azərbaycanda bu günə kimi 2 milyona yaxın vaksin dozası vurulub
Sağlamlıq
25 May , 2021 12:24
Azərbaycanda bu günə kimi 2 milyona yaxın vaksin vurulub

"Azərbaycanda bu günə kimi 2 milyona yaxın vaksin dozası vurulub. İkinci dozanı vurduranların sayı 850 mindən çoxdur. Bu da sevindiricidir".

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bir milyona yaxın vətəndaş vaksinasiya ilə immunitet qazanıb.

TƏBİB rəsmisi qeyd edib ki, ölkədə kifayət qədər vaksin var: “Vaksinasiya ilə bağlı problem yoxdur. "Pfizer-BioNTech" şirkətinin vaksinini gözləyirik. Bu şirkətin vaksinin yaxın günlərdə Azərbaycana gətirilməsi planlaşdırılır".

Son xəbərlər

Orphus sistemi