Azərbaycanda daha 74 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər vəfat edib

Azərbaycanda daha 74 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər vəfat edib Hazırda 2 254 aktiv xəstə var
Sağlamlıq
793
15 Fevral , 2021 18:35
Azərbaycanda daha 74 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər vəfat edib

Azərbaycanda bu gün koronavirus infeksiyasına 74 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 760 nəfər müalicə olunaraq sağalıb, 3 183 nəfər vəfat edib. Hazırda 2 254 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4160, bu günə qədər isə ümumilikdə 2 506 005 test icra olunub.

Son xəbərlər

Orphus sistemi