Azərbaycanda 273 nəfər koronavirusdan sağalıb, daha 102 nəfər yoluxub

Azərbaycanda 273 nəfər koronavirusdan sağalıb, daha 102 nəfər yoluxub Azərbaycanda koronavirus infeksiyasından daha 273 nəfər müalicə olunaraq sağalıb, 102 yeni yoluxma faktı qeydə alınıb.
Sağlamlıq
477
8 İyun , 2021 20:07
Azərbaycanda 273 nəfər koronavirusdan sağalıb, daha 102 nəfər yoluxub
0 : 00
0 : 00

Azərbaycanda koronavirus infeksiyasından daha 273 nəfər müalicə olunaraq sağalıb, 102 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 334 min 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 327 min 387 nəfər müalicə olunaraq sağalıb, 4947 nəfər vəfat edib. Aktiv xəstə sayı 2515 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 581 min 073 test aparılıb. Bugünkü test sayı isə 8655-dir.

Son xəbərlər

Orphus sistemi