Azərbaycanda koronavirusa yoluxma sayı 150-dən aşağı düşüb, 435 nəfər sağalıb

Azərbaycanda koronavirusa yoluxma sayı 150-dən aşağı düşüb, 435 nəfər sağalıb Azərbaycanda144 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sağlamlıq
9091
6 Avqust , 2020 17:04
Azərbaycanda koronavirusa yoluxma sayı 150-dən aşağı düşüb, 435 nəfər sağalıb
0 : 00
0 : 00

Azərbaycanda 144 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reporta verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 275 nəfər müalicə olunaraq sağalıb, 479 nəfər vəfat edib, 3 493 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 050, ötən müddət ərzində isə ümumilikdə 766 179 test aparılıb.

Orphus sistemi