Azərbaycanda 1 milyon 800 min prediabetik dövrdə olan xəstə var

Azərbaycanda 1 milyon 800 min prediabetik dövrdə olan xəstə var Azərbaycanda 300 minə yaxın dispanser qeydiyyatda olan şəkərli diabet xəstəsi var. Bu o deməkdir ki, ölkədə 2 qat artıq xəstə var, yəni 600 min nəfər bu xəstəlikdən əziyyət çəkir.
Sağlamlıq
8 Dekabr , 2021 17:24
Azərbaycanda 1 milyon 800 min prediabetik dövrdə olan xəstə var

Azərbaycanda 300 minə yaxın dispanser qeydiyyatda olan şəkərli diabet xəstəsi var. Bu o deməkdir ki, ölkədə 2 qat artıq xəstə var, yəni 600 min nəfər bu xəstəlikdən əziyyət çəkir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Endokrinologiya, Diabetologiya və Trapevtik Tlimat Assosiasiyasının sədri Valeh Mirzəzadə deyib.

O bildirib ki, Azərbaycanda hazırda 1 milyon 800 min prediabetik dövrdə olan xəstə var: "Beləliklə, ölkədə 2 milyon 400 min diabet və prediabetik dövrdə olan xəstə var. Bu faktiki Azərbaycan əhalisinin 24 faizidir. Şəkərli xəstələrdə tez-tez təzyiq, ürək çatışmazlığı və insult olur. Şəkərli diabet və prediabet özü ilə ölkəmizə böyük problemlər gətirir".

V.Kərimov qeyd edib ki, hazırda şəkərli diabet xəstələrinin müalicəsində istifadə olunan sovet sistemi işləmir: "Bu sistem xroniki xəstəliklərə işləmir və onu dəyişdirmək lazımdır".

Son xəbərlər

Orphus sistemi