Azərbaycana koronavirus testlərinin hansı ölkələrdən gətirildiyi açıqlandı

Azərbaycana koronavirus testlərinin hansı ölkələrdən gətirildiyi açıqlandı Nə qədər çox test edilsə xəstəlik vaxtında aşkar edilə bilər. Hazırda Azərbaycanda 18 laboratoriya mövcuddur. Halbuki bu say 2 idi.
Sağlamlıq
16 Aprel , 2020 11:44
Azərbaycana koronavirus testlərinin hansı ölkələrdən gətirildiyi açıqlandı
0 : 00
0 : 00

"Nə qədər çox test edilsə xəstəlik vaxtında aşkar edilə bilər. Hazırda Azərbaycanda 18 laboratoriya mövcuddur. Halbuki bu say 2 idi".

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələrinin rəhbəri Hande Harmancı REACT-C19 layihəsinin təqdimatında deyib.

O bildirib ki, bu sistem mütəmadi şəkildə monitorinq olunur.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə əlavə edib ki, ölkədə istifadə olunan testlər Almaniya və Avropa istehsalıdır: "Çox test edirik, amma az xəstə aşkarlanır. Bu da sevindiricidir. Test etmək imkanlarımız çox genişlənib".

Son xəbərlər

Orphus sistemi