Azərbaycana idxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb

Azərbaycana idxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb Azərbaycana idxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb.
Sağlamlıq
11 avqust 2023 11:19
Azərbaycana idxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb

Azərbaycana idxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verib.

Bildirilib ki, AQTA ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

“M Pharm Company” MMC-nin Türkiyə Respublikasından idxal olunan 300 ədəd “More Than Zeolit, 90 Q toz, Saşe №45” əmtəə nişanlı və 300 ədəd “More Than Zebiotic, Kapsul №30” əmtəə nişanlı bioloji aktiv qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi ilə bağlı daxil olmuş müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Müayinələr nəticəsində məhsullarda “qurğuşun”un miqdarının normadan artıq olduğu və məhsulun qida sahəsində normativ sənədin tələblərinə cavab vermədiyi müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi