Azərbaycana gətirilən sanitariya norma və qaydalarının tələblərinə cavab verməyən məhsulların sayı açıqlanıb

Azərbaycana gətirilən sanitariya norma və qaydalarının tələblərinə cavab verməyən məhsulların sayı açıqlanıb "Keçən il ərzində respublikadan ixrac olunan məhsullar üzrə 68 dozimetrik müayinə aparılıb"
Sağlamlıq
1369
15 Fevral , 2017 11:34
Azərbaycana gətirilən sanitariya norma və qaydalarının tələblərinə cavab verməyən məhsulların sayı açıqlanıb

Bakı. 15 fevral. REPORT.AZ/ Respublika Sanitariya-Karantin Müfəttişliyinin Laboratoriya şöbəsində ötən il ərzində ölkəyə idxal olunan məhsullarla bağlı aparılan müayinələrin sayı açıqlanıb.

“Report”un məlumatına görə, Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev bugünkü mətbuat konfransında çıxışı zamanı deyib ki, hesabat dövründə qurumun sanitar-kimyəvi bölməsində 10 460 müayinə, sanitar-bakterioloji bölməsində 6 674 müayinə, toksikoloji bölməsində isə 4802 müayinə aparılıb.

O bildirib ki, onlardan 1 nümunə (toyuq dərisi) sanitar-kimyəvi müayinələrə, 28 nümunə (ət, süd və konservləşdirilmiş məhsullar) sanitar-bakterioloji müayinələrə, 5 nümunə (uşaq oyuncaqları, makiyaj vasitəsi-pomada, efir yağları) toksikoloji müayinələrə görə sanitariya norma və qaydaların tələblərinə cavab verməyib.

Bu məhsullardan təkrar nümunələr götürülərək müayinələrin aparıldığını qeyd edən T.Vəliyev əlavə edib ki, nəticələri sanitar norma və qaydaların tələblərinə cavab verməyən məhsullar gigiyena qeydiyyatına alınmayıb: "Keçən il ərzində laboratoriya şöbəsinin həkimləri tərəfindən respublikadan ixrac olunan məhsullar üzrə 68 dozimetrik müayinə aparılıb”.

Son xəbərlər

Orphus sistemi