Azərbaycan və Özbəkistan arasında qarşılıqlı humanitar yardım olub

Azərbaycan və Özbəkistan arasında qarşılıqlı humanitar yardım olub Azərbaycan və Özbəkistan arasında tibbi humanitar yardım mübadiləsi həyata keçirilib
Sağlamlıq
15 Aprel , 2020 19:09
Azərbaycan və Özbəkistan arasında qarşılıqlı humanitar yardım olub

Azərbaycan və Özbəkistan arasında tibbi humanitar yardım mübadiləsi həyata keçirilib

"Report" xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası hökuməti tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyətin mühüm bir istiqaməti də pandemiyanın təsir etdiyi ölkələrə dəstək göstərməklə həm dövlətimizin beynəlxalq humanitar hərəkata fəal töhfəsini təmin etmək, həm də həmin ölkələrlə ikitərəfli münasibətləri genişləndirməkdir. 

Bununla bağlı aprelin 14-də Azərbaycan və Özbəkistan hökumətləri arasında müvafiq humanitar aksiya həyata keçirilib. Azərbaycan tərəfi dost ölkəyə şpris, baxıl, yataq dəsti, tibbi spirt, antiseptik vasitələrdən ibarət yardım göndərib. 

Qarşılıqlı tibbi humanitar yardım çərçivəsində Özbəkistandan isə ölkəmizə qoruyucu respiratorlar, böyüklər və uşaqlar üçün qoruyucu maskalar, birdəfəlik qoruyucu geyim, eynək və əlcəklər gətirilib.

Son xəbərlər

Orphus sistemi