Azərbaycan ÜST-yə rəsmi müraciət göndərib

Azərbaycan ÜST-yə rəsmi müraciət göndərib Azərbaycanın malyariyadan azad ölkə kimi sertifikatlaşdırılması üçün Ümumdünya Səhiyyə Təşkilatına rəsmi müraciət göndərilib.
Sağlamlıq
9 Mart , 2022 14:55
Azərbaycan ÜST-yə rəsmi müraciət göndərib

Azərbaycanın malyariyadan azad ölkə kimi sertifikatlaşdırılması üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) rəsmi müraciət göndərilib.

“Report”un xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda əks olunub.

Qeyd olunub ki, ötən il yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan kompleks profilaktik tədbirlər ölkədə əldə olunan epidemioloji sabitliyi qoruyub saxlamağa imkan verib.

“Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da peyvənd təqviminə uyğun olaraq uşaqların immunizasiya yolu ilə 11 yoluxucu xəstəlikdan müdafiəsi təmin edilir. Aparılan vaksinasiya tədbirlərinin nəticəsində peyvəndlərlə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib. Belə ki, poliomielit, difteriya, göyöskürək, epidemik parotit, qızılça və məxmərək xəstəlikləri ölkədə qeydə alınmayıb, tetanus xəstəliyi isə tək-tək hallarda baş verib. Ölkədə həyata keçirilmiş genişmiqyaslı tibbi-profilaktik tədbirlər nəticəsində artıq 8 ildir ki, malyariyanın yerli yoluxması baş vermir”, - hesabatda yazılıb.

Son xəbərlər

Orphus sistemi