Azərbaycan Prezidenti ÜST-ə təşəkkür edib

Azərbaycan Prezidenti ÜST-ə təşəkkür edib Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı mübarizədə Azərbaycana göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib.
Sağlamlıq
26 Aprel , 2022 14:36
Azərbaycan Prezidenti ÜST-ə təşəkkür edib
İlham Əliyev

Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı mübarizədə Azərbaycana göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib.

"Report" xəbər verir ki, dövlət başçısı təşəkkürünü aprelin 26-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edərkən çatdırıb.

Prezident İlham Əliyev ÜST-ün COVID-19-a qarşı mübarizəyə dair təqdim etdiyi tövsiyələrin ölkəmiz üçün dəyərli olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi