Azərbaycan Prezidenti: "Ürək-damar cərrahiyyəsi üçün tələb olunan kadr hazırlığı problemi öz həllini tapmaqdadır"

Azərbaycan Prezidenti: "Ürək-damar cərrahiyyəsi üçün tələb olunan kadr hazırlığı problemi öz həllini tapmaqdadır" "Ümidvaram ki, konqres müasir təbabətin yeni müalicə üsulları və texnologiyaların Azərbaycanda tədbiqinə layiqli töhfəsini verəcək"
Sağlamlıq
16 May , 2015 11:17
Azərbaycan Prezidenti: Ürək-damar cərrahiyyəsi üçün tələb olunan kadr hazırlığı problemi öz həllini tapmaqdadır

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev "Bakı Ürək Günləri" dördüncü beynəlxalq konqresinin iştirakçılarına təbrik məktubu ünvanlayıb. "Report" xəbər verir ki, konqresdə təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.

Məktubda deyilir: "Hörmətli konqres iştirakçıları. Sizi müxtəlif ölkələrdən "Bakı Ürək Günləri" 4-cü beynəlxalq konqresinə gələn alimləri səmimi qəlbdən salamlayır və insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram. Ümidvaram ki, kardiologiya və ürək damar cərrahiyyəsinin inkişafında artıq özünəməxsus yeri olan ənənəvi konqres müasir təbabətin yeni müalicə üsulları və texnologiyaların Azərbaycanda tədbiqinə layiqli töhfəsini verəcək.

Ölkədə davamlı sürətdə gerçəkləşən sosial yönümlü siyasət ürək-damar xəstəliklərinin profilaktikası, diaqnostikası və ən yeni texnologiyalara uyğun müalicəsi prioritet istiqamətlərdən biri olaraq müəyyən edilib. İnkişaf strategiyamıza uyğun şəkildə paytaxt və regionlarda günün tələblərinə cavab verən xəstəxanaların, xüsusi ixtisaslaşmış mərkəzlərin yaradılması əhalinin kordiologiyanın nailiyyətlərindən lazımı formada faydalanmasına imkanı verir. Ürək-damar cərrahiyyəsi üçün tələb olunan yüksək ixtisaslı kadr hazırlığı problemi həm ölkə daxilində, həm də Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı çərçivəsində öz həllini tapmaqdadır".

Dövlət başçısı müasir kardiologiya sahəsinin aktual problemlərinin konqresdə aparılacaq birgə geniş müzakirəsinin, Azərbaycan səhiyyə sisteminin təkmilləşdirilməsi baxımından önəmli olacağına əminliyini vurğulayıb: "Builki konqres I Avropa Oyunları ərəfəsində keçirilir. Sağlamlığın rəhmi olan və fəal həyat tərzini təbliğ edən idman da təbabət kimi həmişə insan resurslarının keşiyində dayanır, ölkələrin və xalqların uğurlu əməkdaşlığına qarşılıqlı anlaşmasına xidmət edir. İnanıram ki, işlərinizin gərginliyinə baxmayaraq ilk Avropa Oyunları ilə bağlı maraqlə hadisələri diqqətlə izləyəcək, daim gözəlləşən və müasirləşən Bakının görkəmli yerlərini ziyarət edəcəksiniz".

Son xəbərlər

Orphus sistemi