TƏBİB sədri: "İstifadə etdiyimiz testlərin keyfiyyətinə şübhə ola bilməz"

TƏBİB sədri: "İstifadə etdiyimiz testlərin keyfiyyətinə şübhə ola bilməz" Azərbaycan MDB dövlətləri arasında ən çox test yoxlaması aparan ölkədir.
Sağlamlıq
8 Aprel , 2020 18:57
TƏBİB sədri: İstifadə etdiyimiz testlərin keyfiyyətinə şübhə ola bilməz

"Azərbaycan MDB dövlətləri arasında ən çox test yoxlaması aparan ölkədir".

"Report" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlının sözlərinə görə, Azərbaycan bütün dünya ölkələri arasında 30-cu sıradadır: “Etdiyimiz testlərin keyfiyyətinə gəlincə, onlar səhiyyəsi ən yüksək inkişaf edən ölkələrin testləri ilə eynidir. Testlərin cavabının yanlış neqativ çıxması bizə lazım deyil, istifadə etdiyimiz reaktivlər dünyanın yüksək inkişaf etmiş ölkələrindəndir. Biz üzərimizə düşən işləri görür, 24 saat rejimində çalışırıq”. 

Son xəbərlər

Orphus sistemi