​Azərbaycan hərbi həkimləri Ebola virusu ilə bağlı müzakirələr aparıb

​Azərbaycan hərbi həkimləri Ebola virusu ilə bağlı müzakirələr aparıb Hərbi Tibb Fakültəsində elmi konfrans keçirilib
Sağlamlıq
103
1 Dekabr , 2014 16:39
​Azərbaycan hərbi həkimləri Ebola virusu ilə bağlı müzakirələr aparıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində "Ebola virusu-bəşər tarixinin ən qəddar virus xəstəliyi" mövzusunda elmi konfrans keçirilib. “Report” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fakültənin müəllim, rezident və tələbə heyətinin iştirakı ilə keçirilən konfransı Silahlı Qüvvələrin baş cərrahı, tibb xidməti polkovniki Famil Babayev açaraq məruzə olunacaq məsələlərin aktuallığı barədə məlumat verib.

O, Ebola virusu, xəstəliyin yayılma coğrafiyası, onun yaratdığı problemlər və bu virusun Azərbaycanda yayılmasının qarşısını almaq məqsədilə profilaktik tədbirlərin keçirilməsi haqda məruzə ilə çıxış edib.

Sonra Silahlı Qüvvələrin baş infeksionisti, tibb xidməti polkovniki Azər Nağıyevin "Virus mənşəli hemorragik qızdırmalar", tibb xidməti polkovnik-leytenantı Azad Məmmədovun "Ebola virusu tərəfindən törədilən xəstəlik" və tibb xidməti polkovnik-leytenantı Fərhad Meybəliyevin "Kontagioz hemorragik qızdırmalarda əks-epidemik tədbirlər" mövzusunda məruzələri dinlənilib.

Son xəbərlər

Orphus sistemi