Azərbaycan Gürcüstandan dərman idxalını 2 dəfədən çox azaldıb

Azərbaycan Gürcüstandan dərman idxalını 2 dəfədən çox azaldıb Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 290,7 ton dərman vasitələri idxal edib.
Sağlamlıq
20 May , 2019 12:31
Azərbaycan Gürcüstandan dərman idxalını 2 dəfədən çox azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 290,7 ton dərman vasitələri idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

İdxal olunan dərman preparatlarının ümumi dəyəri 10 mln. 794,6 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan idxal etdiyi dərman vasitələrinin dəyəri 541,8 min dollar artıb, həcmi isə 387,3 ton və ya 2,3 dəfə azalıb.

Ötən ilin eyni dövründə Azərbaycan Gürcüstandan 10 mln. 252,8 min dollar dəyərində 678 ton medikament alıb. 

Son xəbərlər

Orphus sistemi