Elmar Məmmədyarov: "Azərbaycan dünyada koronavirusla mübarizədə fəal rol oynayır"

Elmar Məmmədyarov: "Azərbaycan dünyada koronavirusla mübarizədə fəal rol oynayır" Azərbaycan həm ölkədə, həm də dünyada koronavirus pandemiyası ilə mübarizədə fəal rol oynayır. Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək, Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizəyə könüllü ianə olaraq 10 milyon ABŞ dolları ayırıb. Azərbaycan, eyni zamanda, ayrı-ayrı ölkələrə də maddi və maliyyə yardımı göstərir.
Sağlamlıq
12 May , 2020 14:34
Elmar Məmmədyarov: Azərbaycan dünyada koronavirusla mübarizədə fəal rol oynayır

"Azərbaycan həm ölkədə, həm də dünyada koronavirus pandemiyası ilə mübarizədə fəal rol oynayır. Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək, Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizəyə könüllü ianə olaraq 10 milyon ABŞ dolları ayırıb. Azərbaycan, eyni zamanda, ayrı-ayrı ölkələrə də maddi və maliyyə yardımı göstərir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov MDB ölkələrinin xarici işlər nazirlərinin videokonfrans şəklində keçirilən görüşündə deyib.

"Azərbaycanın koronavirusun ölkə daxilində yayılmasının qarşısını almaq üçün atdığı operativ və qabaqlayıcı addımlar barədə məlumatı diqqətinizə çatdırmaq istərdim. Yaranmış şərtlərə uyğun olaraq məhdudlaşdırıcı tədbirlər həyata keçirildi. Belə ki, fevral ayında Azərbaycan Respublikası ərazisinə yeni koronavirus infeksiyasının gətirilməsi və yayılmasına dair ilkin xəbərdarlıq üzrə Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı. Mart ayının əvvəlindən etibarən ölkədə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə dayandırıldı. Ölkədə planlaşdırılan bütün kütləvi tədbirlər təxirə salındı və ya ləğv edildi. Mart ayının ortalarında bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi bir rejim tətbiq edildi və martın ayının sonlarından etibarən ölkədə xüsusi karantin rejimi tətbiq olundu.

Bu gün Azərbaycan hökuməti yaranmış presedenti olmayan çətinlikləri uğurla aradan qaldırmaq üçün bütün zəruri tədbirləri görür. Dövlətin bütün resursları səfərbər olunub və müəyyən olunmuş məqsədlərə nail olmaq üçün onlardan səmərəli şəkildə istifadə olunur", - deyə E.Məmmədyarov bildirib.

Son xəbərlər

Orphus sistemi