Səhiyyə Nazirliyi: Körpəyə süd vermək ananı kökəltmir

Səhiyyə Nazirliyi: Körpəyə süd vermək ananı kökəltmir "Ana südünün verilməsinə əsk göstərişlər çox azdır".
Sağlamlıq
129
24 İyun , 2021 15:24
Səhiyyə Nazirliyi: Körpəyə süd vermək ananı kökəltmir

"Ana südünün verilməsinə əks göstərişlər çox azdır".

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.

Onun sözlərinə görə, ananın QİÇS, müalicə edilməyən vərəm və südlə keçən infeksion xəstəlikləri varsa, ana südü verilməməlidir: “Ana südü allergiya verir" deyə bir anlayış yoxdur. Əgər ana süd verdikdən sonra uşaq səpirsə, qidaya fikir verməlidir”.

"Analar bəzən fikirləşir ki, süd versə, kökələcək. Bu, tamamilə yanlış fikirdir. Süd verən ana düzgün qidalanırsa, o, heç vaxt kökələ bilməz”, - A.Zeynalova bildirib.

Son xəbərlər

Orphus sistemi