Bütün dünyada koronavirus (COVID-19) pandemiyasına qarşı qlobal mübarizə tədbirləri davam etməkdədir.
Mütəxəssislərin qənaətincə, yoqa ilə məşğul olmaq COVID-19 xəstəliyinin profilaktikasında əhəmiyyətli rol oynaya bilər. Yoqa sistemi immuniteti artırmaq, ümumi sağlamlığı və rifahı yaxşılaşdırmaq, pandemiyanın və özünütəcridin insanlarda yaratdığı depressiya, narahatlıq və qorxu hislərinə qalib gəlmək üçün gözəl vasitələrdən biridir.
Müntəzəm olaraq icra edilən fiziki hərəkətlər və müxtəlif tənəffüs üsullarından ibarət olan yoqa fiziki və əqli sağlamlığın yaxşılaşdırılmasında, eləcə də tənəffüs yollarının sağlamlaşdırılmasında əhəmiyyətli rola malikdir.
Özünü təcrid etməklə və ictimai yerlərdə toplaşmaqdan yayınmaqla sağlam həyat tərzini qorumaq ehtiyacının olduğu belə bir dönəmdə yoqaya və düzgün qidalanmaya dair əsərlərin və “Yoqa və sağlamlıq” iki cildliyinin müəllifi Vahid Novruzov COVID-19 xəstəliyinə qalib gəlmək üçün çox faydalı olacaq asanaları xüsusilə oxuyuculara tövsiyə edir:


Qısa proqram:
I gün |
II gün |
|
1. |
Palma |
Ağac |
2. |
Balerina |
Barmaq bir-birinə keçirilmiş dağ |
3. |
Əklil |
İt |
4. |
Dartılmış üçbucaq |
Dəvə |
5. |
Pişik |
Çənəaltı qovşaq |
6. |
Növbələşmiş tənəffüs |
Yoqa Mudra |
7. |
Kobra |
Kaman |
8. |
Qazlı |
Körpü |
9. |
Üzün aşağı salınması və ayaqların çarpazlaşdırılması |
Taxta vəziyyətinin əksi |
10. |
Cırcırama |
Kotan |
11. |
Balıq |
Künc arxaya |
12. |
Meditasiya |
Pranayama |
Göstərilən asanaların geniş izahı, ayrı-ayrılıqda faydaları və icra edilməsi qaydaları Vahid Novruzovun “Yoqa və sağlamlıq” adlı kitabında (2018-ci il, II nəşri) ətraflı şəkildə göstərilib.