ATU-nun Tədris Terapevtik Klinikasında sümük iliyinin köçürülməsi əməliyyatının həyata keçiriləcəyi tarix dəqiqləşib

ATU-nun Tədris Terapevtik Klinikasında sümük iliyinin köçürülməsi əməliyyatının həyata keçiriləcəyi tarix dəqiqləşib Klinikanın Qan Bankında bu günə kimi 500 vahiddən çox eritrosit kütləsi, 300-dən artıq trombosit kütləsi toplanılıb
Sağlamlıq
8 Oktyabr , 2015 10:12
ATU-nun Tədris Terapevtik Klinikasında sümük iliyinin köçürülməsi əməliyyatının həyata keçiriləcəyi tarix dəqiqləşib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında sümük iliyinin köçürülməsi əməliyyatının həyata keçiriləcəyi tarix dəqiqləşib.

Klinikanın Hematologiya şöbəsinin müdiri Valeh Hüseynov "Report"a açıqlamasında deyib ki, əməliyyat gələn ilin əvvəlində baş tutacaq.

Onun sözlərinə görə, əməliyyatın aparılması üçün bütün lazımi cihazlar alınıb: "Hazırda hepofiltrlərin qurulması işi həyata keçirilir. Lazımi işlər 2 aya bitəcək və çox güman ki, gələn ilin ilk aylarında bu işə start verəcəyik".

V.Hüseynov əlavə edib ki, ATU tarixində ilk dəfə Qan bankının və ölkədə ən ağır xəstələri qəbul edən Hematologiya şöbəsinin yaradıldığı 2014-cü ilin may ayından bu günə qədər təxminən 200-dən çox xəstə stasionar şəkildə qəbul edilib, 600-dən çox xəstəyə isə ambulator şəkildə yardım göstərilib: "Qan Bankında isə bu günə kimi 500 vahiddən çox eritrosit kütləsi, 300-dən artıq trombosit kütləsi toplanılıb. Həmin qanlar daha çox klinikada müalicə alan xəstələrə köçürülür".  

Son xəbərlər

Orphus sistemi