ATU-nun Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub - FOTO

ATU-nun Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub - FOTO ATU-nun rektoru Gəray Gəraybəyli yeni direktoru təqdim edib
Sağlamlıq
5 Sentyabr , 2016 16:23
ATU-nun Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub - FOTO

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub.

Universitetin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, klinikada keçirilən tədbirdə ATU-nun rektoru Gəray Gəraybəyli yeni direktoru təqdim edib.

Rektor Gəray Gəraybəyli klinikanın keçmiş direktoru Nuru Bayramova Səhiyyə Nazirliyinin rəhbərliyi və öz adından gördüyü işlərə görə təşəkkürünü bildirib.

G. Gəraybəyli Səhiyyə Nazirliyinin 31 avqust 2016-cı il Kollegiyanın qərarı ilə II Cərrahi xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru Surxay İsmayıl oğlu Hadıyevin Klinikanın direktoru vəzifəsinə təyin edildiyini deyib. Bu məqsədlə ona gələcək işində uğurlar arzu edib.

Yeni təyin olunan direktor hər kəsin etimadını doğruldacağına dair söz verib. “Bu gün həyatımdakı mühüm anlardan biridir. Göstərdikləri etimada görə rektora və nazir Oqtay Şirəliyevə öz minnətdarlığımı bildirirəm və söz verirəm ki, bilik və bacarığımı bu etimadı doğrultmaq üçün sərf edəcəyəm. Azərbaycanın hər yerindən buraya axın var. Ümid edirəm ki, klinikanı daha da yüksək yerlərə çatdıracağıq.”

Son xəbərlər

Orphus sistemi