ATU-dan tələbələrin kütləvi yoluxması ilə bağlı açıqlama

ATU-dan tələbələrin kütləvi yoluxması ilə bağlı açıqlama "Həmin qruplar distant təhsilə keçirilib"
Sağlamlıq
15 Mart , 2021 16:09
ATU-dan tələbələrin kütləvi yoluxması ilə bağlı açıqlama

Azərbaycan Tibb Universiteti ali məktəbdə koronavirusa kütləvi yoluxma halının qeydə alınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

ATU-dan "Report"a verilən məlumta görə, tələbələr arasında kütləvi yoluxma yoxdur.

"İndiyədək ATU-nun yalnız bir fakültəsində - I Müalicə profilaktika fakültəsinin 6 qrupunda təhsil alan bir neçə nəfərdə COVID-19-a yoluxma aşkarlanıb. Həmin qruplar distant təhsilə keçirilib. Digər fakültələrimizin heç birində yoluxma halları qeydə alınmayıb.

ATU-nun bütün tədris binaları mütəmadi olaraq dezinfeksiya olunur. Klinik baza üzrə əyani dərslərə gələn hər bir tələbənin temperaturu ölçülür", - universitetdən bildirilib.

Son xəbərlər

Orphus sistemi