Təcili tibbi yardımla bağlı simpozium keçirilib

Təcili tibbi yardımla bağlı simpozium keçirilib Azərbaycan Tibb Universitetində (ATU) "Təcili tibbi yardım sistemi və akademik tədrisdə təcili tibb" mövzusunda simpozium keçirilib.
Sağlamlıq
7 Fevral , 2022 10:34
Təcili tibbi yardımla bağlı simpozium keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) "Təcili tibbi yardım sistemi və akademik tədrisdə təcili tibb" mövzusunda simpozium keçirilib.

"Report" xəbər verir ki, tədbirdə ÜST-nin Azərbaycandakı Nümayəndəsi Hande Harmancı, ATU-nun rektoru, professor Gəray Gəraybəyli, səhiyyə nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strategiya şöbəsinin müdiri Araz Nəsirov, təcili yardım üzrə beynəlxalq ekspertlər təcili yardım şöbələrində işləyən şəxslər iştirak edib.

Universitetdə təcili tibbi yardım sahəsində görülən işlərdən danışan G.Gəraybəyli bildirib ki, ötən ilin dekabr ayında bu sahə üzrə yeni kafedra yaradılıb. Onun sözlərinə görə, həmin kafedra təcili tibbi yardım kafedrası adlandırılıb.

Daha sonra Nadir Zeynalov və Hande Harmancı Simpozium iştirakçılarını salamlayıb və tədbirin işində uğurlar arzulayıblar.

Dövlət Agentliyinin şöbə müdiri Araz Nəsirov bildirib ki, hazırda səhiyyə sahəsində islahatlar aparılır: "Vətəndaşların ən çox şikayət etdiyi bölmə təcili tibii yardımdır. Ümid edirik ki, beynəlxalq qurumların islahatlarımıza dəstəyi davamlı olar. Qarşımızda ciddi hədəflər qoyulub. Qısa zamanda bu hədəflərə çatacağımıza inanıram".

Simpoziumdan sonra "Xəstəlik hallarının idarə olunması” və “Təcili Yardım Şöbəsinin İdarə Olunması” kurslarının tədrisinə start verilib.

Qeyd edək ki, Təcili Tibbi Yardım Sisteminin Gücləndirilməsi Həftəsi çərçivəsində keçiriləcək tədbirlər silsiləsi fevralın 12-də Azərbaycan Tibb Universitetində "Təcili tibbi yardımda əsas klinik mövzular" adlı simpozium və bağlanış mərasimi ilə yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi