Argentinada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 12 982 nəfər yoluxub.
"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Argentinada koronavirusa yoluxanların sayı 1 002 662 nəfərə çatıb.
Qeyd edək ki, Argentina ABŞ, Braziliya, Hindistan və Rusiyadan sonra koronavirusa yoluxanların sayının 1 milyonu keçdiyi beşinci ölkə olub.
Ən çox yoluxma paytaxt Buenos-Ayresdə qeydə alınıb - 4 min 206 nəfər. İkinci yerdə isə 2 min 50 nəfərlə Santa Fe şəhəri qərarlaşıb. Paytaxtda gün ərzində 557 sakin yoluxub.
Bildirilir ki, ötən sutka koronavirusdan 451 nəfər ölüb, ölənlərin ümumi sayı 26 716 nəfər təşkil edir. İndiyədək koronavirusdan 803 965 nəfər sağalıb.