AQTA yanında İctimai Şuranın iclası keçirilib

AQTA yanında İctimai Şuranın iclası keçirilib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Sağlamlıq
259
25 İyun , 2021 12:43
AQTA yanında İctimai Şuranın iclası keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi ilə yanaşı, AQTA-nın həyata keçirdiyi bir sıra nəzarət tədbirləri, habelə vaxtı ötmüş qida məhsullarının satış şəbəkələrindən çıxarılması, məhv edilməsi prosesində AQTA yanında İctimai Şura üzvlərinin iştirakı və bununla bağlı Agentlik rəhbərliyinə müraciət edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə pandemiya şəraitində kütləvi şənliklərin, toyların keçirilməsi, isti havalarda qida zəhərlənmələrindən qorunmaq və s. mövzularda maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyələrin verilməsi diqqətə çatdırılıb. Habelə, dönər satışı sahəsində normativ-texniki sənədlərin tələblərilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

Son xəbərlər

Orphus sistemi